“Şahdəniz”dən indiyədək 174 mlrd. kubmetr qaz hasil edilib

“Şahdəniz”dən indiyədək 174 mlrd. kubmetr qaz hasil edilib
# 12 sentyabr 2022 14:49 (UTC +04:00)

“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları bloku istismara veriləndən cari ilin 1 sentyabr tarixinədək 199 mlrd. kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən cari ilin 1 sentyabr tarixinədək isə 174 mlrd. kubmetrə yaxın qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 121 mlrd. kubmetri ixraca nəql edilib” - məlumatda qeyd olunub.

Xatırladaq ki, “Şahdəniz”dən hazil edilən qaz Avropaya da ixrac olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR