Azərbaycan BP ilə neft-qaz sahəsində avadanlıqların birgə istehsalını təşkil edə bilər

Azərbaycan BP ilə neft-qaz sahəsində avadanlıqların birgə istehsalını təşkil edə bilər
# 18 sentyabr 2019 18:04 (UTC +04:00)

BP şirkəti ilə neft-qaz sahəsində avadanlıqların birgə istehsalı təşkil edilə, alternativ enerji sahəsində əməkdaşlıq oluna bilər.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu nazir Şahin Mustafayev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşündə deyib.

Nazir 1994-cü ildə uğurlu və düşünülmüş neft strategiyasının nəticəsi olan "Əsrin müqaviləsi"nin imzalanmasının və transmilli layihələrin icrasının neft-qaz sənayesi ilə yanaşı, iqtisadiyyatın digər sahələrinin də inkişafına təkan verdiyini vurğulayıb, BP şirkəti ilə fəal əməkdaşlığı qeyd edib.

Öz növbəsində Q. Counz Azərbaycanın neft strategiyasının uğurla davam etdirildiyini, ölkənin etibarlı tərəfdaş olduğunu və BP ilə uzunmüddətli əməkdaşlığını vurğulayıb. O BP-nin Azərbaycanda həyata keçirdiyi və nəzərdə tutulan layihələri barədə məlumat verib, alternativ enerji sahəsində Azərbaycanın potensialını qeyd edib, bu sahədə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycanın BP ilə əməkdaşlığının inkişaf istiqamətləri, nəzərdə tutulan konkret layihələr barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR