Saltuk Düzyol: TANAP-la 2,7 mlrd. kubmetr qaz nəql edilib

Saltuk Düzyol: TANAP-la 2,7 mlrd. kubmetr qaz nəql edilib
# 08 oktyabr 2019 09:32 (UTC +04:00)

Trans-Anadolu qaz kəməri (TANAP) ilə sentyabr ayının sonunadək Türkiyəyə 2,7 mlrd. kumbetr qaz nəql edilib.

"APA-Economics"in məlumatına görə, bunu İstanbulda keçirilən mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, yekun investisiya qərarı qəbul ediləndə ümumi dəyəri 11,7 mlrd. ABŞ dolları qiymətləndirilən TANAP layihəsinin tikintisi mərhələsində maksimum səmərəlilik nəticəsində indiyədək 45% qənaətə və 6,5 mlrd. dollarlıq sərmayəyə nail olunub.

"Enerji daşıyıcıları ilə zəngin olan Azərbaycan qapalı hövzədə yerləşdiyi üçün dünya bazarlarına birbaşa çıxışı yoxdur. Türkiyənin isə enerji ehtiyatları olmasa da, okeanlara çıxış və Avropa bazarına ilə birbaşa əlaqəsi var. Bu iki gücün əmələ gətirdiyi möhtəşəm iqtisadi potensial ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək", - deyə S. Düzyol bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR