Saltuk Düzyol: TANAP səhmdarları hər il 1,5 mlrd. dollara yaxın gəlir əldə edəcək

Saltuk Düzyol: TANAP səhmdarları hər il 1,5 mlrd. dollara yaxın gəlir əldə edəcək
# 08 oktyabr 2019 10:10 (UTC +04:00)

Trans-Anadolu qaz kəmərinin (TANAP) səhmdarları TANAP-ın işlənilməsindən illik 1,45 mlrd. ABŞ dolları həcmində gəlir əldə edəcək.

"APA-Economics"in məlumatına görə, bunu İstanbulda keçirilən mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, bu gəlirin 58%-i Azərbaycanın payına düşəcək.

S. Düzyol onu da qeyd edib ki, TANAP kəmərinin işə salınması Azərbaycanla Türkiyə arasında qaz nəqlinin həcmlərini artıracaq və Türkiyənin Rusiya qazından asılılığını daha da azaldacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR