Saltuk Düzyol: TAP kəməri ilə qazın kommersiya nəqli gələn ilin oktyabrından tez başlamayacaq

Saltuk Düzyol: TAP kəməri ilə qazın kommersiya nəqli gələn ilin oktyabrından tez başlamayacaq
# 08 oktyabr 2019 10:56 (UTC +04:00)

Trans-Adriatik qaz kəməri ilə (TAP) qazın kommersiya nəqli 2020-ci ilin oktyabr ayından tez başlamayacaq.

"APA-Economics"in məlumatına görə, bunu İstanbulda keçirilən mətbuat konfransında çıxış edən Trans-Anadolu qaz kəmərinin (TANAP) baş direktoru Saltuk Düzyol deyib.

O bildirib ki, TAP-ın istifadəyə verilməsi şərti ilə 2020-ci ilin 1 iyul – 31 dekabr tarixləri ərzində TANAP-la Avropa üçün 6,1 mlrd. kubmetr, 2021-ci ilin 1 yanvar – 31 mart tarixləri ərzində 6,2 mlrd. kubmetr, 2021-ci ilin 1 aprel – 31 dekabr tarixləri ərzində 7,2 mlrd. kubmetr, 2022-ci ilin iyunun 1-dən isə illik 10,2 mlrd. kubmetr qaz nəql ediləcək.

Qeyd edək ki, TAP-ın inşasına başlanılandan bəri işlərin 89,3%-i yekunlaşıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR