"Sberbank"ın rəhbəri Putindən Antipinsk zavodunun dəstəklənməsini istəyib

"Sberbank"ın rəhbəri Putindən Antipinsk zavodunun dəstəklənməsini istəyib
# 30 iyul 2019 18:49 (UTC +04:00)

Rusiyanın “Sberbank” PSC-nin İdarə Heyətinin sədri Qerman Qref Rusiya Prezidenti Vladimir Putindən Antipinsk neft emalı zavodunun (NEZ) dəstəklənməsini xahiş edib.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Qref Putinə xatırladıb ki, dəyişdirilmiş vergi şərtləri və mövcud iqtisadi vəziyyət neft emalı zavodunun borcu üzrə öhdəlikləri yerinə yetirməyə imkan vermir. Maliyyə problemləri iki dəfə müəssisənin işinin dayandırılmasına səbəb olub. Sonuncu dayanma üç ay çəkib.

"Sberbank"ın rəhbəri Rusiyanın dövlət başçısına zavodunu dəstəklənməsinə dair iki tədbirin razılaşdırılmasını təklif edib. Belə ki, Qref logistik əmsalın 1,2-dən 1,5-dək artırılmasını və NEZ-ə məxsus olan Buzulukski borunda yerləşən yataqlar (nəqletmə infrastrukturunun olmaması ucbatından istifadə edilmirlər) üzrə lisenziya şərtlərinin deyişdirilməsi təkliflərini irəli sürüb.

Q. Qref nefti SWAP çatdırılmalarına (məsələn, "Surgutneftegaz" NEZ-ə xammal, yataqlardan isə "Surgutneftegaz"a neft tədarük edəcəkdir) icazə verilməsini xahiş edib ki, bu da 100-120 mln. ABŞ dollarlıq itkilərin qarşısını alacaq.

Qeyd edək ki, bu ilin iyununda SOCAR-ın (60%) və “Sberbank”ın (40%) birgə müəssisəsi olan “SOCAR Enerqoresurs” şirkəti Kiprin “Vikay Industrial” strukturunu alaraq Antipinsk NEZ-in 80% səhmlərinə sahib olub.

İyul ayında bu tarixədək NEZ işini "Lukoil" və "Surqutnefteqaz" şirkətlərinin xammalları bazasında (tollinq sxemi bazasında) davam etdirməyə başlanılıb. Daha sonra zavodun “Transneft” boru xətti sisteminə yenidən qoşulmağı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR