Şəkidə iki kəndin elektrik şəbəkəsi yenidən qurulub - VİDEO

Şəkidə iki kəndin elektrik şəbəkəsi yenidən qurulub - VİDEO
# 09 iyun 2022 11:18 (UTC +04:00)

Şəkinin Aşağı Göynük və Aşağı Daşağıl kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yenidənqurma nəticəsində 363 abonenti olan Aşağı Göynük kəndində 14 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılıb, 33 km-ə yaxın 10 kV-luq, 28 km-dən çox 0,4 kV-luq elektrik xətti yenilənib.

Şəkinin Aşağı Daşağıl kəndində də yenilənmə işləri yekunlaşdırılıb. 142 abonenti olan kənd ərazisində 4 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılıb, 11 km-dan çox 10 kV-luq, 9 km-dan artıq 0,4 kV-luq elektrik xətti dəyişdirilib.
Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunub.

Şəkinin Aşağı Göynük və Aşağı Daşağıl kəndləri ilə yanaşı, rayonun Baş Zəyzid və Şirinbulaq kəndlərində də yenidənqurma işləri başa çatıb. Ümumilikdə 1800-ə yaxın abonent elektrik enerjisi ilə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR