Sənaye istehsalı 2%-dən çox artıb

Sənaye istehsalı 2%-dən çox artıb
# 18 iyul 2022 12:10 (UTC +04:00)

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-iyun aylarında 42,2 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 11,5 faiz artıb.

Sənaye məhsulunun 75,7 faizi mədənçıxarma sektorunda, 20,4 faizi emal sektorunda, 3,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,2 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 17,5 faiz artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,8 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,6 dəfə, əczaçılıq məhsullarının istehsalı 2,1 dəfə, geyim istehsalı 59,0 faiz, mebel istehsalı 58,4 faiz, elektrik avadanlıqlarının istehsalı 53,2 faiz, maşın və avadanlıqların istehsalı 48,7 faiz, hazır metal məmulatlarının istehsalı 47,0 faiz, tikinti materiallarının istehsalı 33,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 30,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 26,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,4 faiz, kağız və karton istehsalı 15,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 12,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 10,1 faiz, qida məhsullarının istehsalı 7,8 faiz artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 4,6 faiz, tütün məmulatlarının istehsalı 7,5 faiz, içkilərin istehsalı 7,8 faiz, neft məhsullarının istehsalı 15,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 21,0 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 22,8 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,6 faiz artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR