Sənaye torpaqlarında yaşayış massivlərinin qazlaşmasına aydınlıq gətirilib

Sənaye torpaqlarında yaşayış massivlərinin qazlaşmasına aydınlıq gətirilib
# 07 yanvar 2022 11:28 (UTC +04:00)

"Sənaye və neft torpaqlarında salınan yaşayış massivlərinin kommunal xidmətlərlə təmin edilməsi hazırda sual altındadır".

"APA-Economics"in məlumatına görə, bunu “Azəriqaz” İB-nin yeni qazlaşma və inkişaf şöbəsinin rəhbəri Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu məsələyə hökumət tərəfindən baxıldıqdan və sözügedən ərazilərin kateqoriyaları dəyişdikdən sonra burada qazlaşdırma işləri aparıla bilər.

T. Cəfərov onu da əlavə edib ki, digər yeni salınmış yaşayış məntəqələrinin qazlaşması prosesi davam edir və planlı şəkildə tədricən aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR