“Sila Sibiri” kəməri ilə qazın nəqli bərpa olunub

“Sila Sibiri” kəməri ilə qazın nəqli bərpa olunub
# 30 sentyabr 2022 10:31 (UTC +04:00)

“Qazprom” şirkəti Çinə Rusiya qazının nəqlini təmin edən “Sila Sibiri” (“Sibirin gücü”) qaz kəmərində planlaşdırılmış profilaktik işləri başa çatdırıb və kəmər vasitəsi ilə qazın nəqli bərpa edilib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə “Qazprom” “Telegram” kanalında paylaşım edib.

“"Sibirin gücü" qaz kəmərində planlı təmir işləri başa çatıb. Planlaşdırıldığı kimi, bu gün qazın nəqli bərpa edilib", - "paylaşımda bildirilir.

Xatırladıb ki, planlaşdırılan texniki işlərlə əlaqədar sentyabrın 22-dən 29-dək “Sibirin Gücü” ilə “mavi yanacağın” daşınması dayandırılıb. “Qazprom” və Çinin CNPC şirkəti arasında “şərq marşrutu” üzrə qaz alqı-satqısı müqaviləsinə uyğun olaraq, “Sila Sibiri” qaz kəmərinin avadanlıq və sistemlərində ildə iki dəfə (yaz və payızda) profilaktik təmir işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR