"Şimal axını-2" kəmərinin sertifikatlaşdırılması gələn il bitəcək

"Şimal axını-2" kəmərinin sertifikatlaşdırılması gələn il bitəcək
# 29 dekabr 2021 10:07 (UTC +04:00)

"Şimal axını-2" qaz kəmərinin sertifikatlaşdırılması ən gec 2022-ci ilin birinci yarısının sonuna qədər tamamlanmalıdır.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak RBK-ya müsahibəsində bildirib.

"Mənə məlum olan sertifikatlaşdırma cədvəllərinə əsasən, o, ilin birinci yarısında tamamlanmalıdır. İlin birinci yarısının sonu maksimum müddətdir. Əgər həmkarlar bunda maraqlı olsalar və sertifikatlaşdırmanı daha tez aparsalar, onda tədarükə daha tez başlaya bilərik", - deyə Novak bildirib.

Novak onu da əlavə edib ki, "Şimal axını-2" layihəsinin həyata keçirilməsinin qarşını almaq mümkün deyil, bu da onunla əlaqədardır ki, qaz kəməri qanunvericiliyin bütün tələblərinə uyğun tikilib.

Qeyd edək ki, kəmərin tikintisi cari ilin sentyabrın 10-da başa çatıb və o, istismara artıq hazırdır. "Qazprom" kəməri bu ilin sonuna istismara verməyi planlaşdırırdı.

"Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur. "Şimal axını-2" kəməri ilə cari il ərzində 5,6 mlrd. kubmetr qaz nəql oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR