Siyarto: Ən real ssenari Mərkəzi Avropaya çatdırılacaq Azərbaycan qazının hasilatını artırmaqdır

Peter Siyarto

© APA | Peter Siyarto

# 03 fevral 2023 13:32 (UTC +04:00)

Diversifikasiyanın sadəcə xəyal olaraq qalmaması üçün Avropa Komissiyası da öz tapşırıqlarını yerinə yetirməli və Cənub-Şərqi Avropada lazımi infrastrukturun inkişafına dəstək verməlidir.

APA xəbər verir ki, bunu Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxışı zamanı deyib.

Eyni zamanda, P. Siyarto qeyd edib ki, bunun müəyyən ilkin infrastruktur şərtləri var: “Trans-Anadolu qaz-boru kəmərinin ötürmə qabiliyyətinin artırılması yaxşı xəbər olsa da, Cənub-Şərqi Avropada da mühüm şəbəkə inkişafı proqramları həyata keçirilməlidir. Buna görə də Macarıstan, Bolqarıstan, Rumıniya və Slovakiya Avropa Komissiyasına müraciət edib ki, məsələyə prioritet kimi yanaşılsın və Mərkəzi Avropa regionunun enerji təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan tədbirlər dəstəklənsin. Əgər Avropa İttifaqı diversifikasiyadan təkcə siyasi kommunikasiya vasitəsi kimi istifadə etmirsə, o zaman Brüsselin Cənub-Şərqi Avropada lazımi infrastruktur inkişaflarını hərəkətə keçirmək və maliyyələşdirmək, beləliklə, Azərbaycandan artan qaz hasilatının cəlb olunmasına imkan yaratmaq vaxtıdır".

Nazir bu həftə Macarıstan və Azərbaycan arasında təbii qaz üzrə anlaşma memorandumunun imzalandığını xatırladaraq vurğulayıb ki, ən real ssenari Avropanın mərkəzi hissəsinə çatdırılacaq Azərbaycan qazının hasilatını artırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR