SOCAR: AMEA ilə əməkdaşlıq çərçivəsində sürtkü yağları istehsal olunur

SOCAR: AMEA ilə əməkdaşlıq çərçivəsində sürtkü yağları istehsal olunur
  • Clock-gray 15:46
  • calendar-gray 13 İyun 2019

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YTP) olublar.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, AMEA-nın prezidenti akademik Akif Əlizadə bildirib ki, YTP Azərbaycan Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb və burada müxtəlif təyinatlı innovativ müəssisələr fəaliyyət göstərir.

SOCAR rəhbərliyi ilk növbədə AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin fəaliyyəti ilə tanış olmuş, daha sonra “AMEA Təcrübə-Sənaye Zavodu” SOCAR ilə əməkdaşlıq çərçivəsində öz xammal təchizatının bir hissəsini Heydər Əliyev adına Neft Emalı Zavodunun vasitəsi ilə həyata keçirir. Azərbaycanda yüksək keyfiyyətli sürtkü yağları, antikorroziya vasitələri, dizel mühərrik yağları, transmissiya yağları, yanacaq qatqıları, qazma məhlulları kimi müxtəlif çeşidli məhsulları istehsal edən MMC-lər bununla SOCAR-ın dəyər zəncirinin son istehlak məhsullarına çevrilməsində iştirak edirlər.

Daha sonra SOCAR-ın rəhbər heyəti AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin pilotsuz uçuş aparatları və hərbi yönümlü innovasiya məhsulları ilə tanış olublar. Görüşün sonunda AMEA Yüksək Texnologiyalar Parkının əsas inzibati binasında dəyirmi masa ətrafında gələcək əməkdaşlığın təşkili, kadr və təcrübə mübadiləsinin aparılması ilə bağlı müzakirə aparılıb.

Qeyd edək ki, AMEA-nın təşəbbüsü ilə qurulmış və beynəlxalq akkreditasiyadan keçmiş Yüksək Texnologiyalar Parkının əsas hədəfləri Azərbaycanda iqtisadiyyatın davamlı inkişafına töhfə vermək, iqtisadiyyatımızın ümumi rəqabət qabiliyyətini artırmaq, habelə müasir elmi və texnoloji nailiyyətlərə, yüksək texnologiyalara əsaslanan istehsalat müəssisələrinin fəaliyyəti üçün münbit şərait yaratmaqdır. Yüksək Texnologiyalar Parkının rezidentləri müxtəlif çeşidli sürtkü materiallarından əlavə həm də elektronika, avtomatika, proqram təminatı, dron və digər elektron cihazlarını istehsal edir. Parkda dünya standartlarına cavab verən yeni nəsil pilotsuz uçuş aparatlarının istehsalı artıq təkmilləşdirilib, perspektivdə çoxfunksiyalı dronların istehsalı nəzərdə tutulur.

APA-Economics

Digər xəbərlər

Arxiv

date