SOCAR azad edilmiş ərazilərin qazlaşdırılması üzrə 4 istiqamətdə layihə həyata keçirir

SOCAR azad edilmiş ərazilərin qazlaşdırılması üzrə 4 istiqamətdə layihə həyata keçirir
# 10 mart 2023 15:23 (UTC +04:00)

SOCAR işğaldan azad edilmiş ərazilərin qazlaşdırılması çərçivəsində 4 istiqamət üzrə layihə həyata keçirir.

"APA-Economics” xəbər verir ki, bu barədə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən "Enerji təminatı məsələləri" üzrə İşçi Qrupunun iclası zamanı SOCAR-ın Qaz-İxrac İdarəsinin rəis müavini Nazim Səmədzadə bildirib.

Onun sözünə görə, bu layihələrin icrasına bu il 245 milyon manat vəsait xərclənilməsi planlaşdırılıb. Bu layihələrin ümumi ilkin dəyəri 357 milyon manat həcmində qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR