SOCAR "Babək" strukturunda kəşfiyyat qazıntısına hazırlaşır

SOCAR "Babək" strukturunda kəşfiyyat qazıntısına hazırlaşır
# 16 oktyabr 2019 16:12 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən və “Ümid-Babək” blokuna daxil olan "Babək" perspektiv qaz sahəsindən ilk kəşfiyyat quyusunun qazılmasına gələn ilinsonunda start veriləcək.

Bunu "APA-Economics"ə SOCAR-ın yüksək vəzifəli nümayəndəsi deyib.

“Bizdə “Babək” strukturunda kəşfiyyat quyusunun qazılması layihəsi mövcuddur. Biz qazma işlərinə gələn ilin axırında başlamağı planlaşdırırıq”, - deyə SOCAR-ın nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, "Babək"də kəşfiyyat quyusunun qazılması Azərbaycana gətirilən Qazaxıstanın “Satti” (SOCAR-ın “Caspian Drilling Company” MMC-nin operatorluğu altında) qurğusu vasitəsi ilə aparılacaq.

Qeyd edək ki, hazırda “Satti” qazma qurğusu üzərində BP şirkəti tərəfindən dayazsulu “Abşeron” (SWAP) perspektiv sahəsində bir sıra quyuların qazılması üçün hazırlıq işləri aparılır. SWAP çərçivəsində 3 kəşfiyyat quyusunun qazılması planlaşdırılır. SWAP çərçivəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanılması 2020-ci ilin mart-aprel aylarında gözlənilir.

“Biz BP-nin qazma qrafikini nəzərdən keçirəcəyik. Lakin planımızda “Satti”ni qazma üçün “Babək”ə cəlb etmək imkanını tapmaqdır”, - deyə SOCAR-ın rəsmisi əlavə edib.

Xatırladaq ki, bundan öncə "Ümid-Babək Operating Company"nin baş direktoru Əli Qurbanov bildirmişdir ki, "Babək" strukturunda ilk quyunun kəşfiyyatı və sınağı 2021-ci ildə planlaşdırılır: "Əgər uğurlu olarsa, quyu istismara daxil olacaq".

Qeyd edək ki, “Babək” strukturu "Ümid" yatağı ilə bitişik stukturdur. Burada 3D seysmik işlər aparılıb və 2013-cü ildə tamamlanıb. 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR