SOCAR bu il diqqətini daha çox kəşfiyyat qazma işlərinə yönəldib

SOCAR bu il diqqətini daha çox kəşfiyyat qazma işlərinə yönəldib
# 21 oktyabr 2019 13:47 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında SOCAR 8 970 metrdən çox qazma işləri həyata keçirib. Ötən ilin müvafiq dövründə isə SOCAR kəşfiyyat qazma aparmayıb.

Bunu "APA-Economics"ə Azərbaycanın neft-qaz sektorunda çalışan etibarlı mənbə deyib.

Qeyd edək ki, ümumiyyətlə, bu ilin doqquz ayında SOCAR 119 206 metrdən artıq qazma işlərini həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% azdır. Ötən dövr 53 quyu (planda 64 quyu olub) qazılaraq mədənçilərə təhvil verilib.

Mənbənin sözlərinə görə, aparılan qazma işlərinin 110 236 metri istismar qazmanın payına düşüb.

“Bu ilin III rübündə 37 310 metr qazma işləri aparılıb, bunun da 33 624 metri istismara aiddir. Qalan hissəsi isə (3 686 metr) kəşfiyyat qazmasının payına düşür. 20 quyu (plan 23 olub – red.) qazılaraq təhvil verilib”, - deyə mənbə əlavə edib.

Mənbə həmçinin qeyd edib ki, bu ilin sentyabrında SOCAR 15 054 metr qazma işi aparıb, bu da illik ifadədə 20,4%-lik artım deməkdir. Aparılan qazmanın 14 675 metri istismara, 379 metri isə kəşfiyyata aiddir. Ötən ay 6 quyu qazılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR