SOCAR bu il neft hasilatını azaldacaq - PROQNOZ

SOCAR bu il neft hasilatını azaldacaq - PROQNOZ
# 25 aprel 2022 10:59 (UTC +04:00)

SOCAR istismar etdiyi yataqlarda 2022-ci il ərzində 7 811 070 ton neft hasil etməyi proqnozlaşdırır.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

Qeyd edək ki, ötən il SOCAR şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7 892 079 ton neft hasil edib. Beləliklə, 2021-ci ilin göstəricisi ilə müqayisədə 2022-ci ildə SOCAR üzrə neft hasilatı 1,03% azalacaq.

Bu ilin yanvar-mart aylarında SOCAR tərəfindən 1 930 062 ton neft hasil edilib, bu da illik müqayisədə 0,3% çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycanda 34,58 mln. ton neft hasil edilib, bu da illik müqayisədə 0,1% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR