SOCAR bu ilin ilk yarısında 27 quyu qazıb

SOCAR bu ilin ilk yarısında 27 quyu qazıb
  • Clock-gray 11:22
  • calendar-gray 24 İyul 2019

SOCAR-ın Kompleks Qazma İşləri Tresti bu ilin 6 ayı ərzində 27 quyuda qazma işlərini başa çatdırıb və təhvil verib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə qazılıb və təhvil verilən quyuların 48%-i (13 quyu) “Neft Daşları” yatağının payına düşür.

Qeyd edək ki, yanvar-iyun aylarında SOCAR-ın istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit qalması üçün həyata keçirilən kompleks tədbirlər planın icrası davam etdirilib, istismardan çıxarılmış bir sıra köhnə quyuların fəaliyyəti bərpa olunub, yeni quyular qazılıb, ümumilikdə qazma işlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən artırılıb. Hesabat dövründə SOCAR üzrə 81,9 min metrə yaxın qazma işi aparılıb ki, bu da illik müqayisədə 2,4% artım deməkdir.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date