SOCAR dron və anti-dronların hazırlanması ilə bağlı YTP-yə texniki göstəricilər təqdim edib

SOCAR dron və anti-dronların hazırlanması ilə bağlı YTP-yə texniki göstəricilər təqdim edib
# 19 iyun 2019 09:23 (UTC +04:00)

SOCAR dron və anti-dronların hazırlanması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkına (YTP) texniki göstəricilər təqdim edib.

YTP-dən “APA-Economics”ə verilən məlumata görə, qurumlar arasında qeyd olunan məsələyə dair əməkdaşlıq müzakirə olunub. Bununla bağlı SOCAR-ın təhlükəsizlik idarəsinin rəis müavini Şahin Əliyev və informasiya texnologiyaları şöbəsinin rəisi İlkin İsmayılov YTP-yə səfər ediblər.

Səfər çərçivəsində YTP-də AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi tərəfindən hərb və müdafiə qüdrətinin artırılması istiqamətində həyata keçirilən layihələr və xüsusilə neft-qaz platformalarında müşahidə üçün yararlı olan müasir tipli məhsullar (dronlar, pilotsuz uçuş aparatları, anti-dronlar və s.) barədə qapalı görüş keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR