SOCAR əməkdaşlarının etiraz aksiyası ilə bağlı məlumat həqiqəti əks etdirmir - AÇIQLAMA

SOCAR əməkdaşlarının etiraz aksiyası ilə bağlı məlumat həqiqəti əks etdirmir - AÇIQLAMA
# 31 mart 2023 09:55 (UTC +04:00)

Heydər Əliyev adına Neft Emalı Zavodunda SOCAR əməkdaşlarının etiraz aksiyası keçirməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə SOCAR-dan “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib.

“Neft Emalı Zavodunda (NEZ) SOCAR əməkdaşlarının etiraz aksiyası keçirməsi ilə bağlı yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildiririk. Keçirilən aksiyanın SOCAR ilə əlaqəsi yoxdur, aksiyada iştirak edən əməkdaşlar isə NEZ-in müvafiq layihəsinə subpodratçı qismində cəlb olunan şirkətin əməkdaşlarıdır”, - SOCAR-dan bildirilib.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Bakı Neft Emalı Zavodunda fəhlələrin etiraz aksiyası keçirməsi ilə bağlı məlumatlar yayılıb. Səbəb kimi türkiyəli subpodratçı tərəfindən maaşların gecikdirilməsi göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR