SOCAR Gürcüstanda 4-cü YDM-i Avropa şəhərinə uyğun tərtib edib

SOCAR Gürcüstanda 4-cü YDM-i Avropa şəhərinə uyğun tərtib edib
# 01 iyul 2019 10:32 (UTC +04:00)

"SOCAR Georgia Petroleum" (SGP - SOCAR brendli yanacaqdoldurma şəbəkəsinin sahibi) futbol üzrə 2020-ci ilin Avropa Çempionatına (Avro-2020) hazırlaşır və turnir başlayanadək Gürcüstanda üçüncü yanacaqdoldurma məntəqəsini yarışa ev sahibliyi edəcək şəhərlərin birinə Budapeştə uyğun tərtib edib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumatına əsasən, sözügedən stansiya Tbilisidə Şeşelidze küçəsində – yerləşir.

Qeyd edək ki, Avro-2020 oyunları 12 şəhərdə baş tutacaq, onların arasında Roma (fəaliyyətdədir), Amsterdam (fəaliyyətdədir), Qlazqo (fəaliyyətdədir), Budapeşt (fəaliyyətdədir), Kopenhagen, Bilbao, Buxarest, Münhen, Dublin, Bakı, London və Sankt-Peterburq var. Bununla əlaqədar olaraq SOCAR bəzi yanacaqdoldurma məntəqələrini turnirin ev sahibi şəhərləri atmosferində tərtib etmək qərarına gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR