SOCAR Gürcüstanda növbəti YDM-i Bakıya uyğun tərtib edib

SOCAR Gürcüstanda növbəti YDM-i Bakıya uyğun tərtib edib
# 20 noyabr 2019 14:34 (UTC +04:00)

"SOCAR Georgia Petroleum" (SGP – SOCAR brendli yanacaqdoldurma (YDM) şəbəkəsinin sahibi) futbol üzrə 2020-ci ilin Avropa Çempionatına (UEFA Avro 2020) hazırlaşır və turnir başlayanadək Gürcüstanda doqquzuncu yanacaqdoldurma məntəqələrini yarışa ev sahibliyi edəcək şəhərlərin birinə – Bakı şəhərinə uyğun tərtib edib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, sözügedən mərkəz Rustavi şəhərində yerləşir

Qeyd edək ki, Avro 2020 oyunları 12 şəhərdə baş tutacaq, onların arasında Roma (fəaliyyətdədir), Amsterdam (fəaliyyətdədir), Qlazqo (fəaliyyətdədir), Budapeşt (fəaliyyətdədir), Kopenhagen (fəaliyyətdədir), Bilbao (fəaliyyətdədir), Buxarest, Münhen (fəaliyyətdədir), Dublin (fəaliyyətdədir), Bakı (fəaliyyətdədir), London və Sankt-Peterburq var. Bununla əlaqədar olaraq SOCAR bəzi yanacaqdoldurma məntəqələrini turnirin ev sahibi şəhərləri atmosferində tərtib etmək qərarına gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR