SOCAR-ın Gürcüstandakı neft terminalı daşımaların həcmini açıqlayıb

SOCAR-ın Gürcüstandakı neft terminalı daşımaların həcmini açıqlayıb
# 17 may 2022 17:30 (UTC +04:00)

SOCAR-ın Gürcüstandakı Kulevi neft terminalı ("Black Sea Terminal" - BST) 2008-ci il mayın 16-dan bu günədək (16 may) 30 mln. tondan artıq neft və neft məhsulları aşırıb.

Bu barədə "APA-Economics" Terminalın rəsmi məlumatına istinadən xəbər verir.

“BST komandası həqiqətən də iddialı məqsədlərinə nail olmaq potensialına malikdir və dünyada mövcud vəziyyətə baxmayaraq, biz yenə də ən yaxşı nəticələr əldə edə biləcəyik”, - deyə, məlumatda bildirilir.

Qeyd olunur ki, hesabat dövründə terminalın ilkin saxlama gücü 360 000 kubmetrdən 407 000 kubmetrədək artırılıb.

Xatırladaq ki, terminal vasitəsilə xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviasiya kerosini, propilen, maye piroliz qatranı, nafta, izopropil spirti, sənaye nefti və kondensatın yüklənməsi həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR