SOCAR-ın Qara dənizdəki terminalı "Marian B" gəmisini təmir edib   

SOCAR-ın Qara dənizdəki terminalı "Marian B" gəmisini təmir edib   
# 12 iyul 2019 10:33 (UTC +04:00)

SOCAR-ın Gürcüstandakı Kulevi Neft Terminalı (“Black Sea Terminal”) “Marian B” drager gəmisini (dərinləşdirici gəmi) daha müasir idarəetmə sistemi ilə təmin edib.

Terminaldan “APA-Economics”ə verilən məlumata görə, 1974-cü ildə istehsal edilən gəmi artıq 10 ildir terminalda fəaliyyət göstərir. Onun əsas funksiyası ilboyu fəaliyyət göstərən Kulevi limanının giriş kanalının və daxili limanının naviqasiya dərinliyini qorumaqdır.

Məlumata əsasən, gəmidə aparılmış işlər çərçivəsində idarəetmə sistemlərinin tam şəkildə modernləşdirilməsi həyata keçirilib. Xüsusilə, müasir yanğın monitorinqi və siqnalizasiya sistemləri, nasosların avtomatik idarə edilməsi və onların mühərriklərinin avtomatik qorunması təmin edilib.

Kulevi terminalı neft və neft məhsullarının tranziti üçün nəzərdə tutulub. Dəmiryolu və gəmilər vasitəsilə nəql olunan məhsullar burada boşaldılır, rezervuarlarda saxlanılır və gəmilərə yüklənir. Burada əməliyyatlara 2008-ci il mayın 16-da başlanılıb.

Yüklərin boşaldılması 4 xətli körpülərdə həyata keçirilir ki, bu da eyni zamanda 168 dəmiryolu çən-vaqonun boşaldılmasına imkan verir. Terminal vasitəsilə xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviasiya yanacağı, propilen, maye piroliz qatranı, nafta, izopropil spirti, sənaye nefti və kondensatın yüklənməsi həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR