SOCAR-ın Rumıniyaya yatırdığı investisiyanın həcmi açıqlanıb

Kənan Nəcəfov

© APA | Kənan Nəcəfov

# 23 iyun 2022 12:38 (UTC +04:00)

“Bu günə qədər SOCAR Rumıniyaya 68 milyon dollar investisiya qoyub”.

APA xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov deyib.

O bildirib ki, hazırda Rumıniyada SOCAR-ın 729 işçisi var:

"Bundan başqa, orada 67 yanacaqdoldurma məntəqəmiz və 3 yanacaq depomuz mövcuddur. Karbonsuzlaşma, bərpaolunan enerjiyə keçid sahəsində də əməkdaşlığımızı gücləndirmək niyyətindəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR