SOCAR Türkiyənin neft-kimya bazarında payını iki dəfə artıra bilər

SOCAR Türkiyənin neft-kimya bazarında payını iki dəfə artıra bilər
# 14 oktyabr 2019 11:45 (UTC +04:00)

"SOCAR Turkey" şirkəti tərəfindən İzmirin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin tikintisi ("Merkuri" layihəsi) SOCAR-ın Türkiyənin neft-kimya bazarındakı payını 35-40%-dək artıracaq.

Bunu "APA-Economics"ə "SOCAR Turkey"in Xarici əlaqələr üzrə rəhbəri Murat LeKompte (Murat LeCompte) deyib.

Onun sözlərinə görə, hazırda Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının 20%-i "Petkim" neft-kimya kompleksi tərəfindən ödənilir, qalan hissəsi isə idxalın hesabına təmin edilir.

"Yeni kompleks Türkiyə iqtisadiyyatına hər il 4,5 mlrd. ABŞ dolları həcmində gəlir gətirəcək", - deyə, M .LeKompte əlavə edib.

O qeyd edib ki, kompleksin "Star" neft emalı zavodunun və "Petkim" yaxınlığında tikintisi (hər iki müəssisə yeni kompleksi xammalla təmin edəcək), həmçinin ortaq infrastrukturdan istifadə 30-40% qənaət etməyə imkan verəcək.

Qeyd edək ki, yeni kompleksinin tikintisinə 2020-ci ildə start verilə bilər. hazırda layihə üzrə texniki sənədləşmə prosesi aparılır və nəticələr müsbət olduğu halda, 2020-ci il ərzində (I rübündə) son maliyyə qərarı veriləcək və tikinti işlərinə başlanılacaq. Yeni müəssisənin istifadəyə verilməsi 2023-2025-ci illərdə baş tuta bilər. Layihə "SOCAR Turkey" və BP şirkətləri tərəfindən birgə həyata keçiriləcək. "Petkim" yeni kompleksdə səhmdar qismində çıxış edəcək. Layihənin dəqiq reallaşdırılma müddəti və dəyəri mühəndis dizaynının bitməsindən sonra müəyyənləşəcək.

Xatırladaq ki, kompleksə aromatiklər və PTA müəssisələri daxil olacaq. PTA zavodunda isə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu, aromatiklər fabrikində isə 830 min ton paraksilol, 400 min tona yaxın benzol istehsal ediləcək. Bu 1,8 mlrd. dollar sərmayə qoyulması ehtimal edilən bir layihədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR