SOCAR Türkiyənin qaz bazarında imkanlarını genişləndirəcək

SOCAR Türkiyənin qaz bazarında imkanlarını genişləndirəcək
# 15 oktyabr 2019 10:23 (UTC +04:00)

Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisələrinin SOCAR tərəfindən satın alınmasından sonra “SOCAR Turkey Enerji A.Ş.” (“SOCAR Türkiyə”) illik 3,5-4 mlrd. kubmetr qazın satışını təmin edəcək.

Bunu "APA-Economics"ə "SOCAR Türkiyə"in Xarici əlaqələr üzrə rəhbəri Murat LeKompte (Murat LeCompte) deyib.

Xatırladaq ki, “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un “SOCAR Türkiyə”yə satışı prosesi bu ilin iyununda tamamlanıb.

M. LeKomptenın sözlərinə görə, yeni aktivlərin əldə edilməsindən də əvvəl SOCAR Türkiyə ərazisində qazın satışını təmin edirdi. Məsələn, “SOCAR Türkiyə” Dövlət Neft Şirkətinin qardaş ölkə ərazisində fəaliyyət göstərən “Star” neft emalı zavodunu və “Petkim” neft-kimya kompleksini qaz ilə təmin edir. “EWE Turkey Holding”ə aid olan aktivlərin alınması ilə satış dairəsini daha da genişləndi.

Belə ki, M. LeKomptenin dediyinə görə, “Bursagaz” və “Kayserigaz” şəbəkələrinin əhatə etdiyi abonentlərin sayı 1,5 mln. təşkil edir və bu da böyük imkanlar açır: “Bu, böyük bir rəqəmdir. İnfrastrukturun inkişafı ilə əhatə edilən abonentlərin sayı daha da artacaq”.

Əlavə edək ki, bu ilin yanvarında satınalma sənədləri imzalanan və hazırda bu məsələyə dair bütün razılıqların əldə olunduğu 5 şirkət “Star” neft emalı zavodu, TANAP, “Petkim”, “SOCAR Terminal” və “Petkim Külək Enerjisi Stansiyası”nın (KES) da daxil olduğu “SOCAR Türkiyə”nin nəzdində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR