SOCAR-ın Türkiyədəki neft-kimya kompleksinin mənfəəti 48% artıb

SOCAR-ın Türkiyədəki neft-kimya kompleksinin mənfəəti 48% artıb
# 08 noyabr 2022 13:04 (UTC +04:00)

Türkiyənin “Petkim” neft-kimya kompleksi (əsas payı SOCAR-a məxsusdur) bu ilin ilk doqquz ayını 5,8 mlrd. Türk lirəsi ilə mənfəətlə başa vurub, bu da illik müqayisədə 48% çoxdur.

APA-Economics”in “SOCAR Türkiyə”yə istinadən verdiyi məlumata görə, hesabat dövründə “Petkim” üzrə xalis satışlar 109% artaraq 40 mlrd. lirə təşkil edib.

Məlumata görə, bu il istehsal gücünün davamlılığını təmin etmək üçün “Petkim”ə 1,7 mlrd. lirə sərmayə qoyulub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məzənnəsinə görə, 1 TL 0,0916 AZN təşkil edir.

Xatırladaq ki, SOCAR tərəfindən 2008-ci ildə səhmlərinin 51%-i alınan "Petkim" neft-kimya kompleksi Türkiyədə ilk və yeganə inteqrasiya olunmuş neft-kimya zavodudur. Türkiyə neft-kimya bazarının ən etibarlı tədarükçüsü olan "Petkim"in 15 əsas və 6 köməkçi müəssisəsində 60-a yaxın neft-kimya məhsulu istehsal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR