SOCAR-ın Türkiyədəki NEZ-i neft məhsullarının ixracını 11 dəfəyədək artırıb

SOCAR-ın Türkiyədəki NEZ-i neft məhsullarının ixracını 11 dəfəyədək artırıb
# 30 mart 2023 16:04 (UTC +04:00)

Bu ilin yanvar ayında Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) 966 668,636 ton neft və neft məhsulları idxal edib ki, bu da illik müqayisədə 26% çoxdur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, 2022-ci ilin yanvar ayında zavod 767 385,504 ton neft idxal edib.

Məlumata görə, hesabat dövründə NEZ 415 313,019 ton neft məhsulları ixrac edib ki, bu da illik müqayisədə 11 dəfəyə yaxın çoxdur.

Əlavə etmək lazımdır ki, 2022-ci ilin mevafiq düvründə qeyd olunan göstərici 38 253,628 ton səviyyəsində olub.

Qeyd edək ki, NEZ-in əsas məhsullarını dizel yanacağı, təyyarə yanacağı, nafta, maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında "Star" NEZ-lə yanaşı, SOCAR-ın "Petkim" neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR