SOCAR-ın Xəzərdəki infrastrukturunda erkən xəbərdarlıq sistemləri quraşdırıla bilər

Xaliq Məmmədov

© APA | Xaliq Məmmədov

Foto al #
# 05 iyul 2022 10:59 (UTC +04:00)

“İqlim dəyişmələrinin təsərrüfat fəaliyyətinə mənfi təsirlərinin qarşısının alınması, aradan qaldırılması və uyğunlaşma üçün konkret tədbirlərin və təxmini büdcənin müəyyənləşdirilməsi də təxirə salınmadan həllini tapmalıdır”.

APA xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, eyni zamanda, əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin yanında keçirilmiş "İqlim dəyişmələrinin yaratdığı risklər, onların qarşısının alınması və yarana biləcək mümkün fəsadlara hazırlığın müzakirəsi haqqında” iclasın protokolunun 4-cü bəndində dövlət investisiya layihələri çərçivəsində nəzərdə tutulmuş erkən xəbərdarlıq sistemlərinin SOCAR-ın Xəzər dənizindəki neft-qaz infrastrukturunda quraşdırılması imkanları da nəzərdən keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR