SOCAR işçilərin "Neft Daşları"na daşınmasını təmin etməyə çalışır

SOCAR işçilərin "Neft Daşları"na daşınmasını təmin etməyə çalışır
# 04 noyabr 2019 12:40 (UTC +04:00)

SOCAR işçilərinin "Neft Daşları"na aparıb-gətirmə prosesinin təmin edilməsi hava şəraiti yaxşılaşdıqdan sonra mümkün olacaq.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, SOCAR işçilərinin "Neft Daşları"na "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC təmin edir və bu proses hava şəraitindən asılıdır. Fırtınalı hava şəraiti elan edilmişdir və SOCAR-ın bir sıra işçisi estakadalardan və özüllərdən geri qaytarılmışdır.

"Hava proqnozu daha optimistik idi, lakin özünü doğrultmadı. İşçilərimizi "Neft Daşları"na göndərməyə çalışsaq da, hava şəraiti buna imkan vermədi. Bu gün də bir gəmi yola salınıb, amma havanın pis olduğu ucbatında gəmi geriyə qayıdıb. Buna baxmayaraq, ümid edirik ki, hava şəraiti yaxın vaxtlarda sabitləşəcək və işçilərimizi "Neft Daşları"na bu gün çatdıra biləcəyik", - deyə İ. Əhmədov qeyd edib.

Xatırladaq ki, noyabrın 2-də hava şəraitinin günortadan sonra pisləşəcəyi xəbərdarlığı ilə bağlı SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib. Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR