SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi dəyişib

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi dəyişib
# 04 noyabr 2019 13:24 (UTC +04:00)

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadə yeni vəzifəyə təyin olunub.

O, şirkətin Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun müavini təyin edilib.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə rəhbərlik isə Adil Vəliyevə həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR