"SOCAR Turkey" gələn il İzmirdə daha bir neft-kimya kompleksinin tikintisinə başlaya bilər

"SOCAR Turkey" gələn il İzmirdə daha bir neft-kimya kompleksinin tikintisinə başlaya bilər
  • Clock-gray 16:53
  • calendar-gray 10 Oktyabr 2019

“SOCAR Turkey” İzmirin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin tikintisinə ("Merkuri" layihəsi) 2020-ci ildə start verilə bilər. 

"APA-Economics"in məlumatına görə, bunu Əliağada yerləşən "Petkim" neft kompleksinin rəhbəri Anar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda layihə üzrə texniki sənədləşmə prosesi aparılır və nəticələr müsbət olduğu halda, 2020-ci il ərzində (I rübündə) son maliyyə qərarı veriləcək və tikinti işlərinə başlanılacaq.

“Yeni müəssisənin istifadəyə verilməsi 2023-2025-ci illərdə baş tuta bilər", - deyə A. Məmmədov qeyd edib.

O həmçinin əlavə edib ki, layihə “SOCAR Turkey” və BP şirkətləri tərəfindən birgə həyata keçiriləcək. "Petkim" yeni kompleksdə səhmdar qismində çıxış edəcək. Layihənin dəqiq reallaşdırılma müddəti və dəyəri mühəndis dizaynının bitməsindən sonra müəyyənləşəcək.

Qeyd edək ki, kompleksə aromatiklər və PTA müəssisələri daxil olacaq. PTA zavodunda isə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu, aromatiklər fabrikində isə 830 min ton paraksilol, 400 min tona yaxın benzol istehsal ediləcək. Bu 1,8 mlrd. dollar sərmayə qoyulması ehtimal edilən bir layihədir.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date