SOCAR üzrə neftin istehsal maya dəyəri 3%-dək azalıb

SOCAR üzrə neftin istehsal maya dəyəri 3%-dək azalıb
# 06 dekabr 2022 15:37 (UTC +04:00)

Ötən il SOCAR üzrə 1 ton neftin istehsal maya dəyəri 115,52 manat təşkil edib.

"APA-Economics"in SOCAR-ın illik hesabatına istinadən verdiyi məlumata görə, ötən il şirkət üzrə neftin istehsal maya dəyəri 2020-cu ilin göstəricisi ilə müqayisədə 3,33 manat və ya 2,8% azalıb.

Hesabata əsasən, hesabat dövründə şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi – 4,2%, əmək haqqı – 15,4%, sosial sığorta fonduna ayırmalar – 3,6%, amortizasiya ayırmaları – 20,1%, əsas vəsaitlərin təmiri 8,3%, əsas vəsaitlərə texniki xidmət – 4,9%, nəqliyyat xərcləri - 10,5%, mədən vergisi - 8,9%, digər vergilər 5,6% və s. təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR