SOCAR və "Total" Azərbaycanda iri dəniz layihəsi üzrə danışıqlar aparır

SOCAR və "Total" Azərbaycanda iri dəniz layihəsi üzrə danışıqlar aparır  
  • Clock-gray 12:05
  • calendar-gray 12 İyul 2019

SOCAR və Fransanın “Total” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənilməsi layihəsi üzrə danışıqları davam etdirirlər.

Bu barədə “APA-Economics”ə Azərbaycan neft-qaz bazarındakı etibarlı mənbə söyləyib.

Onun sözlərinə görə, “Total”in “Ümid-Babək” blokunun kəşfiyyatı və işlənilməsi layihəsində iştirakı ilə hələ heç nir razılıq əldə edilməyib.

Mənbə qeyd edib ki, “Ümid-Babək” məsələsi hələ danışıqlar səviyyəsindədir. “Total” bu layihədə iştirak etməkdə çox maraqlıdır.

Qeyd edək ki, Rusiyanın “Lukoil” şirkəti də “Ümid-Babək” layihəsinə maraq göstərir və SOCAR-la bu məsələ üzrə danışıqlar aparır.  

Xatırladaq ki, "Ümid" yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib.

“Babək” strukturu "Ümid" yatağı ilə bitişik stukturdu. Burada 3D seysmik işlər aparılıb və 2013-cü ildə aparılıb. 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date