SOCAR yaşıl strategiyaya baxılması üçün beynəlxalq konsaltinq şirkətlərini cəlb edib

SOCAR yaşıl strategiyaya baxılması üçün beynəlxalq konsaltinq şirkətlərini cəlb edib
# 17 mart 2023 13:56 (UTC +04:00)

SOCAR yaşıl strategiyaya yenidən baxılması üçün beynəlxalq konsaltinq şirkətlərini cəlb edib.

"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın nümayəndəsi Teymur Quliyev "Yaşıl hidrogen - dekarbonizasiyaya aparan yol" seminarı zamanı deyib.

Onun sözlərinə görə, bu proses altı ay ərzində yekunlaşacaq.

Strategiyanın yenidən nəzərdən keçirilməsi aşağı karbon emissiyaları, istixana qazlarının tullantılarının azaldılması və hidrogen üzrə işləri əhatə edir.

Teymur Quliyev qeyd edib ki, Avropa hidrogenə böyük ümidlər bəsləyir və bazar təhlili göstərir ki, orada hidrogenə olan tələbat artacaq.

“2030-cu il üçün bu ehtiyacın 20 milyon tona çatacağı gözlənilir ki, bunun da 10-u Avropada istehsal olunacaq, 10-u isə xaricdən gətiriləcək. Vəsait baxımından, bu, 1,5 mlrd. dollar civarındadır. Buna görə də Avropaya hidrogen tədarükü ilə bağlı planlar var"' - Teymur Quliyev qeyd edib.

Bunun fonunda hazırda Trans-Adriatik qaz kəməri vasitəsilə hidrogenin nəqli sahəsində tədqiqatlar aparılır və bu prosesin 2024-cü il üçün bitməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR