Azərbaycan son beş ildə qaz hasilatını 12%-dən çox artırıb

Azərbaycan son beş ildə qaz hasilatını 12%-dən çox artırıb
# 26 iyul 2019 14:00 (UTC +04:00)

Azərbaycanda yeni yataqların uğurla işlənilməsi ölkədə qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır. Qaz hasilatının artması ölkə üçün həm öz enerji təhlükəsizliyini möhkəmləndirməyə, həm də “mavi yanacağın” idxalını artırmağa imkan verir.

Belə ki, “APA-Economics”in SOCAR-ın məlumatları əsasında apardığı hesablamalarına görə, son beş ildə (2019-cu ilin yanvar-iyun aylarına olan göstəricinin 2014-cü ilin müvafiq dövrünə olan göstəricisi ilə müqayisədə) Azərbaycanda qaz hasilatı 12,5% artıb.

Məlumata əsasən, bu ilin birinci yarısında Azərbaycanda 17,3 mlrd. kubmetr qaz hasil edilib, ötən ilin müvafiq dövründə bu göstərici 15,4 mlrd. kubmetrə yaxın olub.

Respublikada qaz hasilatının kəskin artması “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin istifadəyə verilməsi ilə bağlıdır.

Qeyd edək ki, keçən il Azərbaycanda 30,6 mlrd. kubmetr qaz hasil edilib, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 7,1% çoxdur. Proqnozlara əsasən, 2019-cu ilin sonuna qədər ölkə üzrə ümumi qaz hasilatında 20 faiz artım olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR