S&P: Neftin qiyməti tədricən azalacaq  

S&P: Neftin qiyməti tədricən azalacaq  
# 22 yanvar 2022 10:50 (UTC +04:00)

Bu il “Brent” markalı etalon neftinin orta qiyməti bir barel üçün 75 ABŞ dolları səviyyəsində ola bilər.

Bu barədə "APA-Economics" "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Agentliyin proqnozuna əsasən, 2023-cü ildə “Brent” neftinin qiyməti 65 dollar, 2024-2025-ci illərdə isə 55 dollar səviyyəsində olacaq.

Qeyd olunur ki, 2021-ci ildə “Brent” neftinin orta qiyməti 71 dollar təşkil edib, 2020-ci ildə isə bu göstərici 43 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR