"Star Rafineri" bu il 4,5 mln. ton neft emal edib

"Star Rafineri" bu il 4,5 mln. ton neft emal edib
# 10 oktyabr 2019 12:42 (UTC +04:00)

Bu il (avqustun sonunadək) SOCAR-ın Türkiyədəki "Star Rafineri" neft emalı zavodunda (NEZ) 4,5 mln. ton xam neft emal edilib.

"APA-Economics"in məlumatına görə, bunu NEZ-in baş direktoru Mesut İlter Əliağada (İzmir şəhəri) keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ilin sonunadək bu rəqəmin 7,5 mln. tona yüksəlməsi nəzərdə tutulur.

M. İlter qeyd edib ki, cari ilin sentyabrından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Gələn ildən etibarən isə zavodda emal edilən neft çeşidlərinin artırılması planlaşdırılır: "Müəssisədə ağır neft növlərinin emalı zavodun daha çox gəlir əldə etməsinə imkan yaradır".

M. İlter onu da bildirib ki, zavodda indiyədək emal edilən neftin 90%-i Rusiyanın “Urals” markalı neftinin payına düşüb.

Qeyd edək ki, "Star Rafineri" neft emalı zavodu ötən ilin oktyabr ayında istifadəyə verilib. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Əsas məhsullarını dizel yanacağı (5 mln. tona yaxın), təyyarə yanacağı (1,5 mln. ton), nafta (1,5 mln. ton), reformat (1 mln yaxın) və kükürd, maye neft qazı, neft koksu və sair neft məhsullarıdır təşkil edir. Bu il zavodda 8 mln. ton neftin emalı nəzərdə tutulub. Bu ilin sonunadək müəssisə 4 mln. ton dizel, 1 mln. tona yaxın təyyarə yanacağı, 1 mln. ton nafta, 700 min ton reformat istehsal etməyə planlaşdırır. Lakin 2020-ci ildən etibarən "Star" ildə 10 mln. ton neft emal edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR