Sumqayıtda maye helium qazı istehsal ediləcək

Sumqayıtda maye helium qazı istehsal ediləcək
# 04 may 2022 15:49 (UTC +04:00)

Sumqayıt Kimya Sənaye Parkında sıxılmış azot, oksigen, arqon və maye helium qaz məhsulları istehsal ediləcək. İqtisadi Zonaların İnkişafı Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, istehsal prosesi Sənaye Parkının 1,5 hektar ərazisində yeni rezident qismində qeydiyyata alınan “Çinar-Servis” tərəfindən təşkil olunacaq.
İnvestisiya dəyəri 13,3 mln. manat olan layihə çərçivəsində 70 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
İstehsal olunan məhsulların daxili bazara satılmaqla yanaşı, xarici ölkələrə də ixracı nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında 28 rezident qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR