Sumqayıtda tikilən karbamid zavodu iyunun 20-dən SOCAR-ın idarəçiliyinə keçəcək

Sumqayıtda tikilən karbamid zavodu iyunun 20-dən SOCAR-ın idarəçiliyinə keçəcək
# 13 iyun 2019 15:58 (UTC +04:00)

Sumqayıtda yerləşən karbamid zavodu bu ilin iyunundan SOCAR-ın idarəçiliyinə keçəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "SOCAR Carbamid" zavodunun rəhbəri Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, hazırda zavodu inşa edən “Samsung Engineering” şirkəti tərəfindən sözügedən müəssisənin təhvil-təslim prosesi gedir və iyunun 20-dən zavod tam SOCAR tərəfindən idarə olunacaq.

X. Cəfərov onu da bildirib ki, bu ayın əvvəlindən zavod məhsul istehsalını dayandırıb, lakin iyunun 20-dən müəssisə fəaliyyətini bərpa edəcək.

Qeyd edək ki, Sumqayıtda inşa edilən karbamid zavodu 16 yanvar 2019-cu il tarixində istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək qabiliyyətindədir. İstehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək. Karbamid zavodunun ümumi dəyəri təqribən 800 mln. avro təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR