Sumqayıt Kimya Sənaye Parkının 3 hektar ərazisində müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək.
İqtisadi Zonaların İnkişafı Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, investisiya dəyəri 17 mln. manat olan müəssisədə 230-dan çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.