Sumqayıtda yumşaq polimer qablaşdırma məhsulları istehsalı müəssisəsi inşa ediləcək

Sumqayıtda yumşaq polimer qablaşdırma məhsulları istehsalı müəssisəsi inşa ediləcək
# 06 may 2022 13:00 (UTC +04:00)

Sumqayıt Kimya Sənaye Parkı ərazisində yumşaq polimer qablaşdırma məhsulları istehsalı müəssisəsi inşa ediləcək.

İqtisadi Zonaların İnkişafı Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, sənaye parkının rezidenti olan “AK PACK” MMC tərəfindən bu layihənin icrasına 7 mln. manatdan çox investisiya yatırılacaq.

Layihə çərçivəsində 35 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların daxili bazara satılmaqla yanaşı, xarici ölkələrə də ixracı nəzərdə tutulur.

Qeyd edək ki, müəssisədə istehsal ediləcək məhsullar qida sənayesində, həmçinin qablaşdırma sahələrində istifadə olunacaq.

Xatırladaq ki, hazırda Sənaye Parkının 29 rezidenti var və bunlardan artıq 17-si fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR