TANAP kəməri ilə indiyədək 2 mlrd. kubmetr qaz nəql edilib

TANAP kəməri ilə indiyədək 2 mlrd. kubmetr qaz nəql edilib
# 18 sentyabr 2019 12:51 (UTC +04:00)

Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsi ilə indiyədək 2 mlrd. kubmetr qaz nəql edilib.

APA-Economics"in məlumatına görə, bu barədə YAP-ın icra katibliyində "Əsrin müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli" mövzusunda keçirilən dəyirmi masa zamanı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hazırda Cənub Qaz Dəhlizinin yaradılması çərçivəsində Trans-Adriatik qaz kəmərinin tikintisi davam etdirilir və gələn il kəmər istifadəyə veriləcək.

“Azərbaycanın böyük qaz ehtiyatları var və bu da böyük imkanlar açır. Ölkənin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trln. kubmetr təşkil edir”, - deyə SOCAR-ın rəsmisi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR