TANAP-la Türkiyə və Avropaya 40 mlrd. kubmetr Azərbaycan qazı çatdırılıb

TANAP-la Türkiyə və Avropaya 40 mlrd. kubmetr Azərbaycan qazı çatdırılıb
# 13 yanvar 2023 12:59 (UTC +04:00)

Trans-Anadolu qaz kəməri (TANAP) işə salınandan (2018-ci ilin iyun ayının 30-dan) onun vasitəsi ilə Cənub Qaz Dəhlizi çərçivəsində Türkiyə və Avropaya 40 mlrd. kubmetr Azərbaycan qazı nəql edilib.

Bu barədə "APA-Economics" Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan dövrdə TANAP vasitəsi ilə Türkiyəyə 20,5 mlrd. kubmetr, Avropaya isə 19,5 mlrd. kubmetr qaz nəql edilib.

Qeyd olunur ki, ötən il TANAP-la Türkiyə və Avropaya 17 mlrd. kubmetrdən artıq qaz nəql edilib, bunun 5,8 mlrd. kubmetri Türkiyəyə, 11,3 mlrd. kubmetri isə Avropaya çatdırılıb.

Hazırda TANAP-ın ötürmə gücü 16 mlrd. kubmetrdir (6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri isə Avropa üçün nəzərdə tutulub). Kəmərin ötürmə gücü gələcəkdə 31 mlrd. kubmetrədək artırıla bilər.

Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır. TAP kəməri ilə Avropaya kommersiya yönümlü Azərbaycan qazının nəqlinə ötən ilin dekabrın 31-də başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR