TAP kəməri üzrə borudüzmə işləri bitmək ərəfəsindədir

TAP kəməri üzrə borudüzmə işləri bitmək ərəfəsindədir
# 19 sentyabr 2019 17:38 (UTC +04:00)

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) tikintisi çərçivəsində borudüzmə işlərinin 99%-dən çoxu başa çatdırılıb.

TAP konsorsiumundan “APA-Economics”ə verilən məlumata əsasən, aparılan işlər kəmərin marşrutu üzrə Albaniya, Yunanıstan və İtaliyadan keçən əraziləri əhatə edir.

Qeyd edək ki, TAP inşasına başlanılandan bəri işlərin 89,3%-i yekunlaşıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR