Tokayev: "Qazaxıstan üçün Transxəzər marşrutu prioritet istiqamətdir"

Tokayev: "Qazaxıstan üçün Transxəzər marşrutu prioritet istiqamətdir"
# 07 iyul 2022 13:03 (UTC +04:00)

Qazaxıstan üçün neft tədarükünün şaxələndirilməsi mühüm vəzifədir.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev ölkənin nəqliyyat-tranzit potensialının inkişafına həsr olunmuş müşavirə zamanı bildirib.

“Prioritet istiqamət Transxəzər marşrutudur. Mən “KazMunayQaz”a onun həyata keçirilməsi üçün ən yaxşı variantı, o cümlədən Tengiz layihəsindən investorların cəlb edilməsi imkanlarını işləyib hazırlamağı tapşırıram”, - Kasım-Jomart Tokayev qeyd edib.

Prezident qeyd edib ki, hökumət “Samruk-Kazına” (Qazaxıstanın investisiya holdinqi – red.) ilə birlikdə Atırau-Kenkiyak və Kenkiyak-Kumkol neft kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması üçün tədbirlər görməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR