"Total Azerbaijan": "Abşeron" yatağında kommersiya qazının hasilatı 2021-ci ilin əvvəlində başlayacaq

"Total Azerbaijan": "Abşeron" yatağında kommersiya qazının hasilatı 2021-ci ilin əvvəlində başlayacaq
# 16 oktyabr 2019 11:06 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında kommersiya qazının hasilatı 2021-ci ilin əvvəlində başlayacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Total Azerbaijan" şirkətinin rəhbəri Denis Lemarşal deyib.

Onun sözlərinə gözə, kəşfiyyat-hasilat quyusunun qazılması artıq bitib və hazırda quyunun sınağı aparılır.

"Yaxın həftələr ərzində burada işlər bitəcək və "Heydər Əliyev" qazma qurğusu yatağı tərk edəcək", - deyə D. Lemarşal əlavə edib.

O həmçinin qeyd edib ki, yatağın işlənməsinin birinci fazası çərçivəsində hasil edilən qaz Azərbaycanın daxili bazarına yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR