Tovuz, Ağstafa və Qazax rayonlarının bəzi yaşayış məntəqələrinin qaz təchizatı dayandırılıb

Tovuz, Ağstafa və Qazax rayonlarının bəzi yaşayış məntəqələrinin qaz təchizatı dayandırılıb
# 05 avqust 2019 10:30 (UTC +04:00)

Bu gün səhər saat 08.00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral kəmərində aparılan təmir işləri ilə bağlı Tovuz və Ağstafa rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bu barədə “APA-Economics”ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bundan başqa, bu gün səhər saat 10:00-dan etibarən avqustun 6-sı işlər başa çatanadək Qaz İxrac İdarəsinin balansındakı magistral xətlərdə aparılan sazlama işləri ilə əlaqədar Qazax şəhərinin bir hissəsi, bir neçə kənd, bir sənaye müəssisəsi və 2 məktəbdə qaz təchizatı dayandırılıb.

Bu gün səhər saat 09:00-dan etibarən avqustun 7-si işlər başa çatanadək Qaz İxrac İdarəsinin balansında olan magistral kəmərlərdə nəzərdə tutulan təmir işləri isə texniki səbəblərdən avqust ayının 6-na keçirilib.

Ona görə də Ağsu, Kürdəmir, İsmayıllı, Göyçay rayonlarının bir neçə kənd və yaşayış məntəqəsində qaz təchizatında dayandırmalar olmayacaq.

Qeyd edək ki, bu barədə xəbər “Azəriqaz” İB-nin facebook səhifəsində dünən axşam saatlarında yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR