“Transneft” Qazaxıstan neftini Almaniya istiqamətində tədarük etməyə başlayıb

“Transneft” Qazaxıstan neftini Almaniya istiqamətində tədarük etməyə başlayıb
# 27 fevral 2023 17:18 (UTC +04:00)

Rusiyanın “Transneft” şirkəti 20 min ton Qazaxıstan neftini Polşa istiqamətində, oradan da Almaniyaya tədarük etməyə başlayıb.

APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “Transneft”in rəsmi nümayəndəsi İqor Demin bildirib.

"Moskva vaxtı ilə saat 15:00-da biz “Adamova Zastava” (şatdırılma məntəqəsi – red.) istiqamətində Qazaxıstan nefti həcmlərini nəql etməyə başladıq. Tranzitlə Polşadan keçərək, daha sonra Almaniyaya", - İqor Demin qeyd edib.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Qazaxıstanın milli operatoru “Kaztransoil” şirkəti 2023-cü ildə 1,2 mln. ton Qazaxıstan neftinin "Adamova Zastava" çatdırılma məntəqəsi istiqamətində “Transneft”nin magistral neft kəmərləri sistemi ilə nəqlinə dair müraciət göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR